Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandalarımız Avropa çempionatında mübarizə aparacaqlar



Danimarkanın Aalborq şəhərində fevralın 8-dən 10-dək 14-15 yaşlı yeniyetmələr və 16-18 yaşlı gənclər arasında 46-cı, 21 yaşadək gənclərin iştirakı ilə isə 11-ci Avropa çempionatı keçiriləcək.

BrendSport.az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi milli komandamızın heyətinə müxtəlif yaş qruplarında 19 idmançı, 3 məşqçi və 5 hakim daxildir.

Kumite üzrə yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçi Şahin Xudaverdiyev və kata üzrə baş məşqçi Vahid Ayvazov 14-15 yaşlı yeniyetmələrdə Ramil Baxşəliyevin (52 kq), Çinarə Xəlilovanın (54 kq), Hüseyn Məmmədlinin (57 kq), Tale Yaqubovun (63 kq), Fidan Dadaşovanın (47 kq), İsmayıl Məhəbbətlinin (70 kq) və Emin Namazovun (kata) yarışa qatılmasına üstünlük veriblər.

16-18 yaşlı gənclər arasında keçiriləcək yarışda Əminağa Quliyev (61 kq), Tural Yaqubov (68 kq), Mədinə Sadıxova (48 kq), Ayla Rzazadə (59 kq) və Ceyhun İsmayılov (kata) mübarizə aparacaqlar. İyirmi bir yaşadək gənclərdən isə Müseyib Məmmədov (60 kq), Hümmət Baxşəliyev (67 kq), Emil Güləhmədov (84 kq), Murad Hacızadə (84 kq-dan yuxarı), Fidan Teymurova (50 kq), İnci Əzizova (55 kq) və Roman Heydərov (kata) tatamiyə çıxacaqlar.

Beynəlxalq hakim Cahangir Babayevdən əlavə, milli dərəcəli hakimlər Mir-Cabbar Seyidov, Seymur Məmmədov, Akif Quliyev və Mehman Mədətov beynəlxalq hakimlik dərəcəsi almaq üçün yarışqabağı Avropa Karate Federasiyasının (EKF) Hakimlər Komitəsinin imtahanlarında iştirak edəcəklər.

Avropa çempionatında 51 ölkədən 1092 idmançı mübarizə aparacaq.


Facebook-da paylaş