Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Stolüstü tennisçilərimiz Xorvatiyada 4 medal qazanıblar


Stolüstü tennisçilərimiz Avropa Stolüstü Tennis İttifaqının “Europe youth series” turnirinin son günündə daha 3 medal qazanıblar.

BrendSport.az
xəbər verir ki, Xorvatiyanın Osiyek şəhərində keçirilən yarışın şəxsi turnirində Xorvatiya, Sloveniya, Serbiya və Yunanıstan idmançılarına qalib gələn U-13 millimizin üzvü Onur Quluzadə yarımfinalda almaniyalı rəqibinə 2-3 hesabı ilə uduzaraq bürünc mükafata layiq görülüb. Yağmur Məmmədli - Xədicə Eylazova, Onur Quluzadə - Tunar Bağırov tandemi isə qoşa yarışlarda 3-cü yeri tutub. Xatıradaq ki, yarışın ilk günlərində mübarizə aparan U-13 seçməmiz komanda turnirində gümüş mükafata sahib çıxmışdı.


Facebook-da paylaş

Xəbəri paylaş