Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Pelenin dəfn olunacağı vaxt açıqlanıb

Pelenin dəfn olunacağı vaxt açıqlanıb


Ötən gün dünyasını dəyişən braziliyalı əfsanəvi futbolçu Pele gələn il yanvarın 3-də dəfn olunacaq.
BrendSport.az xəbər verir ki, yanvarın 2-də onun cənazəsi vəfat etdiyi xəstəxanadan "Santos" klubunun stadionuna aparılacaq. Vida tədbiri yerli vaxtla saat 10:00-da başlayacaq və bir gün davam edəcək. Mərasim ictimaiyyət üçün açıq olacaq. Lakin iştirak etmək istəyənlərin tabuta yaxınlaşması qadağan ediləcək.


Dəfn mərasiminə isə yalnız Pelenin ailəsi və yaxın dostları qatılacaq. Bundan əlavə, ölkədə üç günlük matəm elan olunub.
Xatırladaq ki, Pele üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionu olan yeganə futbolçudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Sabiq forvard FIFA-nın versiyasına əsasən, XX əsrin ən yaxşı futbolçusu elan edilib.


Facebook-da paylaş

Xəbəri paylaş