Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Pencak-Silat Federasiyası ölkəmizi ABŞ da təmsil edəcək




Sonuncu Azərbaycan Qran-Prisi Formula 1 tarixinin “Top-100” siyahısında yer alıb

Sonuncu Azərbaycan Qran-Prisi Formula 1 tarixinin “Top-100” siyahısında yer alıb


Məşhur “RaceFans” nəşri Formula 1 tarixinin ən yaxşı Qran-Prisinin seçilməsi məqsədilə istifadəçilər arasında sorğu keçirib.
BrendSport.az xəbər verir ki, sorğuda 200 minə yaxın istifadəçi iştirak edib.
Dünya çempionatının 2021-ci il mövsümündən 8 yarış “Top-100” siyahısında yer alıb. Həmin yarışlar arasında Azərbaycan Qran-Prisi də var. Ötən il iyunun 4-6-da Bakı şəhər halqasında təşkil olunan yarış 7,79 balla 72-ci pillədə qərarlaşıb. Azərbaycan ilə yanaşı, Macarıstan, Bəhreyn, İtaliya, Braziliya, Fransa, Emiliya-Romanya (İtaliya) və ABŞ Qran-priləri də ilk yüzlükdə yer alıb.
Qeyd edək ki, ötən mövsümün ən zəif yarışı Belçika Qran-Prisi seçilib. Belə ki, güclü yağış səbəbindən yarımçıq dayandırılan yarış 1,86 xal toplayıb.
İlk üçlükdə Braziliya (2012-ci il, 9,45 xal), Almaniya (2019-cu il, 9,24 xal) və Çin (2011-ci il, 9,24 xal) Qran-priləri qərarlaşıb.


Facebook-da paylaş