Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Xorvatiyanın “Dinamo Zaqreb” komandası Mahir Emrelini transfer etmək istəyir

Xorvatiyanın “Dinamo Zaqreb” komandası Mahir Emrelini transfer etmək istəyir


Xorvatiyanın “Dinamo Zaqreb” komandası Polşanın “Legiya” klubunun futbolçusu Mahir Emrelini transfer etmək istəyir.
BrendSport.az xəbər verir ki, bu barədə Xorvatiyanın "Sportske" nəşri məlumat yayıb.
Məlumatda bildirilib ki, bu transfer Zaqreb klubuna aşağı məbləğə başa gələ bilər. Çünki Varşava təmsilçisinin "Dinamo"ya 1,2 milyon avro borcu var. Polşa klubu bu mövsümün əvvəlində Xorvatiyanın yüksək liqa təmsilçisindən 1,4 milyon avroya aldığı hücumçu Lirim Kastrati üçün qarşı tərəfə hələlik cəmi 200 min avro ödəyib. Buna görə “Dinamo” 2 milyon avro qiyməti olan Emrelini daha aşağı məbləğə transfer etmək istəyir. Tərəflər razılığa gəlsələr, klub bu keçid üçün “Legiya”ya 800 min avro təzminat ödəyəcək.
Qeyd edək ki, “Legiya”dan ayrılmaq istəyən M.Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Onun adı Macarıstanın “MOL Fehervar” və Yunanıstanın “Aris” klubu ilə də hallanır.
Əlavə edək ki, "Dinamo" Xorvatiya çempionatının turnir cədvəlində birinci pillədə qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş