Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qadın şahmatçılardan ibarət Azərbaycan millisi dünya çempionatının dörddəbir final mərhələsinə vəsiqə qazanıb

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi dünya çempionatının dörddəbir final mərhələsinə vəsiqə qazanıb


Qadın şahmatçılardan ibarət Azərbaycan millisi İspaniyanın Sitges şəhərində keçirilən dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib.
BrendSport.az xəbər verir ki, Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyevanın yer aldığı Azərbaycan komandası qrup mərhələsinin sonuncu turunda İspaniya yığması ilə qarşılaşıb. Komandamız inamlı oyun nümayiş etdirərək İspaniya yığmasını 3,5:0,5 hesabı ilə məğlub edib. Bu nəticədən sonra xallarını 4-ə çatdıran Azərbaycan qrupda 4-cü yeri tutaraq dörddəbir final mərhələsinə vəsiqə qazanıb.
Dünya çempionatı oktyabrın 3-dək davam edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş