Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Mingəçevirdə “Kütləvi futbol həftəsi” layihəsi həyata keçirilib

Mingəçevirdə “Kütləvi futbol həftəsi” layihəsi həyata keçirilib


UEFA-nın dəstəyi, AFFA-nın təşkilatçılığı ilə Mingəçevir şəhər stadionunda futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola maraq yaratmaq və sağlam həyat tərzini təbliğ etmək məqsədilə “Kütləvi futbol həftəsi” (Grassroots Week) layihəsi həyata keçirilib.
BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, layihədə 100-dən çox gənc oğlan və qız iştirak edib.
Tədbirin əvvəlində İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Meydançada - müxtəlif maraqlı oyunları əhatə edən sektorlarda uşaqlar öz bacarıqlarını nümayiş etdiriblər. Sonda hər bir iştirakçıya AFFA-nın kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov tərəfindən layihəni əks etdirən futbol topları hədiyyə olunub.


Facebook-da paylaş

Xəbəri paylaş