Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Fernando Santuş: Azərbaycan millisi yaxşı təşkil olunmuş komandadır

Fernando Santuş: Azərbaycan millisi yaxşı təşkil olunmuş komandadır

Azərbaycan millisi yaxşı təşkil olunmuş komandadır. Rəqibin güclü baş məşqçisinin olduğunu bilirik. Canni De Byazi Albaniyanı "Avro-2016"nın final mərhələsinə yüksəltmiş mütəxəssisdir. O, heç vaxt bir topdan artıq fərqlə uduzmayıb. Ümid edirəm ki, sabah fərqli olacaq.
BrendSport.az xəbər verir ki, bunu dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının qonağı olacaq Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş sentyabrın 6-da təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi deyib: "Rəqibimiz Serbiya və İrlandiya ilə matçlarda da bacarıqlı komanda olduğunu göstərdi. Çalışacağıq Azərbaycana qarşı yaxşı təşkilatlanmış komanda kimi oynayaq. Fikrimiz, oyunda olacaq, nəinki rəqibin tək-tək oyunçularında. Azərbaycan xüsusən də, müdafiədə yaxşı oynayır. Amma yarımmüdafiə xəttində də güclüdürlər. Rəqib bəzi hallarda 6 nəfərlə topun arxasında oynayırlar, bəzən isə əksinə. Azərbaycan bütün variantlarda oynamağa hazır komandadır. Sabahkı oyunda uduzmaq barədə düşünmürəm”.
Portuqaliyalı futbolçu Ruben Diaş bildirib ki, sabahkı oyuna final oyunu kimi yanaşmalıyıq. Azərbaycanın İrlandiyaya qarşı oyununu izləmişik. Son oyunda yaxşı çıxış etdi. Buna rəğmən bizim üçün əsas məsələ oyuna köklənmək olacaq. Məqsədimiz yalnız qələbədir. Komanda olaraq daha diqqətli olmalıyıq. Azərbaycan təhlükəli komandadır. Belə rəqib bizim daim sayıq olmağa vadar edir.
Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da start götürəcək.


Facebook-da paylaş

Xəbəri paylaş