Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş uşu və muay-tay üzrə Bakı şəhər birinciliyinin açılışı olub

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş uşu və muay-tay üzrə Bakı şəhər birinciliyinin açılışı olub


BrendSport.az xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışa 150-dən çox idmançı qatılıb. Turnirdə ümumilikdə 20-dən çox idman klubu təmsil olunub.
Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış mərasimində çıxış edən Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının (ADFA) prezidenti Azər Həsənsoy bildirib ki, şəhidlərin xatirəsinə həsr olunmuş yarışların keçirilməsi artıq ADFA tərəfindən ənənəyə çevrilib: “Milli Mətbuat Günü münasibətilə keçirilən bu turnir Kəlbəcərdə şəhid olan jurnalistlərimiz Məhərrəm İbrahimov və Sirac Abışovun əziz xatirəsinə həsr olunub. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Vətən uğrunda şəhidlik zirvəsinə ucalanlar arasında jurnalistlərimiz də var. Şanlı Vətən müharibəsi barədə xəbərləri xalqımıza və dünyaya çatdıran jurnalistlərimiz misilsiz fədakarlıqlar göstərdilər. Məhərrəm və Sirac da informasiya müharibəsində, düşmənin faşist mahiyyətinin ifşa edilməsində ön sıralarda olublar”.
Belə tədbirlərin təşkilində əsas məqsədin yeniyetmə və gənclərə Vətən sevgisini aşılamaq olduğunu bildirən A.Həsənsoy bu baxımdan Aprel döyüşlərində şəhid olan Azərbaycan Uşu Federasiyasının üzvü Emin Bağırovun adını hörmətlə yad edib. Qeyd olunub ki, uşaq ikən məşqlərdə fəal iştirak edən idmançı gənclərimiz Vətən müharibəsində doğma torpaqlarımızın müdafiəsinə qalxaraq könüllü şəkildə ordu sıralarına yazıldılar: “Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin “Qarabağ Azərbaycandır!” sözü hər birimizin şüarıdır”.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Rəşad Əliyev belə yarışların gənclərimizin idmana marağının artırılması ilə yanaşı, onların hərbi vətənpərvərlik və döyüş ruhunun gücləndirilməsi baxımından da önəmini qeyd edib.
Şəhid jurnalistlərin ailə üzvləri həm Məhərrəm İbrahimovun, həm də Sirac Abışovun xatirəsinə göstərilən yüksək ehtirama və xatirə turnirinin təşkilinə görə minnətdarlığını bildiriblər.
Çıxışlardan sonra turnirin AZƏRTAC-ın əməkdaşı və digər mətbuat nümayəndələri diplomlarla təltif olunublar.


Facebook-da paylaş

Xəbəri paylaş