Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

İbrahim Şehiç: Qarabağ Azərbaycandır


Türkiyənin “Konyaspor” futbol klubunun qapıçısı İbrahim Şehiç Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
BrendSport.az xəbər verir ki, bosniyalı qapıçı şəxsi “Instagram” hesabında bununla bağlı paylaşım edib: “Dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır”.
Otuz bir yaşlı futbolçu 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.


Bu gün şahmat üzrə onlayn superturnirin son qarşılaşmaları keçiriləcək

Bu gün şahmat üzrə onlayn superturnirin son qarşılaşmaları keçiriləcək

Dünya çempionu Maqnus Karlsenin dəvəti ilə təşkil edilən şahmat üzrə onlayn superturnirin bu gün üçüncü turunun növbəti qarşılaşmaları keçiriləcək.
BrendSport.az xəbər verir ki, turun son oyunlarında fransalı Maksim Vaşe-Laqrav çinli Liren Dinq, niderlandlı Aniş Giri rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaqlar.
Qeyd edək ki, üçüncü turun ilk oyunlarında ABŞ idmançısı Fabiano Karuana ilə qarşılaşan norveçli Maqnus Karlsen ilk iki partiyada qələbədən sonra bir heç-heçə də edərək görüşün taleyini son partiyaya saxlamayıb. Dördüncü partiyadakı heç-heçə qarşılaşmanın yekun hesabını müəyyənləşdirib – 3:1. ABŞ-ın digər nümayəndəsi Hikaru Nakamura isə turnirdə hələ ki, özünü göstərə bilməyən FIDE təmsilçisi Əlirza Firuzcanı 3 partiyaya məğlub duruma salıb – 2,5:0,5. Burada da yalnız hesabı müəyyənləşdirən son partiyanı da qalib başa vuran H.Nakamuranın qələbə hesabı 3,5:0,5 olub. Hər iki cütlükdə qaliblər 3 xal alıblar, məğlublar əliboş qalıblar.
Ötən oyunların yekun nəticələrinə görə, M.Karlsen 8 xala malikdir. H.Nakamura 7 xalla ikinci pillədədir. F.Karuananın 5, M.Vaşe-Laqrav və L.Dinqin 4, Y.Nepomnyaşinin 2 xalı var. Ə.Firuzca və A.Giri hələ ki, xalsızdırlar.
Qarşılaşmalarda M.Karlsen ABŞ şahmatçısı Fabiano Karuana, Birləşmiş Ştatların digər şahmatçısı Hikaru Nakamura isə FIDE bayrağı altında çıxış edən iranlı Əlirza Firuzca ilə mübarizə aparacaqlar.


Facebook-da paylaş