Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Formula 1-də “Toro Rosso” komandasının “Alpha Tauri” adlandırılması ilə razılaşıblar


Formula 1 çempionatının növbəti mövsümündən başlayaraq “Toro Rosso” komandası “Alpha Tauri” adlandırılacaq.

BrendSport.az “Motosport” nəşrinə istinadla xəbər verir ki, “Toro Rosso” Formula 1 yürüşlərində 2006-cı ildən çıxış edir. Bu, “Red Bull” komandası “Minardi”yə sahib olandan sonra baş verib. Ötən ay məlum olub ki, “Red Bull”da kiçik komandanın rebredinqini (brendin tədrici inkişafı) keçirmək istəyiblər. Mənbənin məlumatına görə, Rusiya Qran-Prisindən bir həftə sonra Formula 1 Komissiyası iştirakçılarının elektron səsverməsi keçirilib. Onlar “Toro Rosso”nun adının dəyişdirilməsinə razılıq veriblər.

Bundan əvvəl Formula 1 “Toro Rosso”nun adının “Alpha Tauri”yə dəyişdirilməsi ilə razılaşıb. Bu isə o deməkdir ki, 2020-ci il mövsümündə Fayensadan olan komanda artıq yeni ad altında çıxış edəcək.

2017-ci ildə yaradılan “Alpha Tauri” brendi Buğa bürcünün şərəfinə belə adlandırılıb.


Facebook-da paylaş

Xəbəri paylaş