Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Bakıda istənilən rəqib üçün çətindi" - Dmitri Nazarov



Azərbaycan millisinin üzvü Dmitri Nazarov Almaniya mətbuatına açıqlama verib. II Bundesliqada "Ersgebirge" klubunun formasını geyinən futbolçu Macarıstan və Slovakiyaya qarşı matçlar haqda fikirlərini bildirib:

BrendSport.az xəbər verir ki, "Hər iki görüşdə qələbə qazanmaq istəyirik. Güclü komandalardı, ancaq Bakıda istənilən rəqib üçün çətindi. Bundan başqa, qrupumuzda Uels millisi var. Bu da çox güclü, ancaq məğlub edilməsi mümkün rəqibdi".

Milliləşdirilmiş qazaxıstanlı "Ersgebirge"nin durumundan da bəhs edib:

"II Bundesliqada qalmaq uğrunda mübarizə apardıq. Növbəti mövsüm yenidən eniş və yoxuşlar yaşayacağıq, ancaq narahat deyiləm. Ümid edirəm ki, daha yaxşı çıxış edəcəyik. "Hamburq və "Ştuttqart" kimi komandaların da liqamızda oynaması işləri daha da çətinləşdirir".

Nazarov istirahətə ehtiyacının olduğunu söyləyib:

"Uzun mövsümdən sonra bir az dincəlməyə ehtiyacım var. Ümid edirəm ki, baş məşqçimiz bunun üçün imkan yaradacaq".


Facebook-da paylaş

Xəbəri paylaş