Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçının səfirləri Moskvada azarkeşlərlə görüşüblər




Moskvadakı "Aviapark" ticarət-əyləncə mərkəzində UEFA Avropa Liqasının “KİA Kubok Turu” keçirilir.

Tədbirin ilk günündə rusiyalı tanınmış futbolçu Andrey Arşavin, bu gün isə turnirin bu il mayın 29-da Bakıda keçiriləcək final qarşılaşmasının səfirləri – futbol veteranı Vəli Qasımov və hazırda Samara şəhərinin "Krılya Sovetov" klubunda çıxış edən, Rusiya millisinin sabiq üzvü Aleksandr Səmədov iştirak edib.

Sərgidə iştirak edən azərbaycanlı tələbələrlə görüşən futbolçular onların suallarını cavablandırıb, futbolla bağlı maraqlı fikir mübadiləsi aparıblar. Sonra görüş futbol azarkeşləri ilə daha geniş formatda davam etdirilib.

BrendSport.az AFFA-nın saytına istinadla xəbər verir ki, Vəli Qasımov və Aleksandr Səmədov çıxış edərək Bakıda keçiriləcək final oyununun nəinki Azərbaycanda, ümumilikdə regionda futbolun inkişafına təkan verəcəyini və futbola marağın artmasına müsbət təsir göstərəcəyini bildiriblər.

UEFA Avropa Liqası Final 2019-un səfirlərinin avtoqraf mərasimi və azarkeşlərlə xatirə şəkilləri çəkdirməsindən sonra viktorina keçirilib. Qalib Bakıda keçiriləcək final oyununa bilet qazanıb.

UEFA Avropa Liqasının kuboku Rusiyaya İtaliyanın Milan şəhərindən gətirilib. Martın 9-dan İsveçrənin Cenevrə şəhərindən başlayan kubok səyahəti martın 22-23-də İspaniyanın Sevilya, martın 29-30-da Almaniyanın Berlin, aprelin 5-də və 6-da İngiltərənin paytaxtı London, aprelin 12-də isə İtaliyanın Milan şəhərində davam edib. Mayın 10-da Fransa paytaxtı Parisdə olacaq UEFA Avropa Liqası kuboku mayın 16-dan etibarən yenidən Bakıya gətiriləcək və final gününə qədər ölkəmizdə olacaq. UEFA Uşaq Fondu ilə birgə keçirilən kubok turu, eyni zamanda, xeyriyyə məqsədi daşıyır. Kubokun sərgiləndiyi şəhərlərdə toplanan futbol ayaqqabıları İordaniyada məskunlaşmış yeniyetmə və gənc Suriya qaçqınlarına veriləcək.


Facebook-da paylaş