Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi Gəncədə



YAP Gəncə şəhər təşkilatının 25-cı ildönümü münasibəti ilə AFFA-nın və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 29 noyabr 2018-ci il tarixdə Gəncə şəhərində “Offside Futbol kompleksində” “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçıvəsində növbəti tədbir keçirilmişdir. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Milli Məclisin deputatları Musa Quliyev, Xanlar Fətiyev, Naqif Həmzəyev, şəhər idman ictimaiyyətinin nümayəndələri və 200-ə yaxın məktəbli iştirak edib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycanda idmana göstərilən dövlət qayğısından söz açıb. O, bildirib ki, bu sahə günü-gündən inkişaf edir. Prezident İlham Əliyevin göstərişi ilə idman kompleksləri, futbol meydançaları inşa edilir, mini meydançalar salınır. Ümumtəhsil məktəblərində olan idman zalları müasir qurğularla təchiz olunurlar. Bütün bunlar da uşaqlar və yeniyetmələrin rahat şəkildə idmanla məşğul olmalarına imkan verir.
AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək bildirib ki, “Açıq Əyləncəvi Futbol Məktəbləri” – uşaq futbolunun inkişafına xidmət edən bir layihədir. “Azərbaycanda 12 ildir ki, icra olunan layihədən ümumilikdə 25 mindən artıq uşaq yararlanıb. Layihə çərçivəsində uşaqlara təmənnasız olaraq xüsusi idman geyimləri, futbol topları paylanılır. Azərbaycanda icra olunan “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin istiqaməti isə bir az fərqlidir. Layihə çərçivəsində həyata keçirilən tədbirlərdə istedadlı uşaqların üzə çıxarılmasına çalışırıq. Həmin istedadlı uşaqlar bizim müxtəlif klubların nəzdində olan akademiyalara cəlb olunacaqlar və peşəkar futbolçu kimi yetişdiriləcəklər. Bu da milli kadrların yetişməsinə xidmət edəcək”.
O həmçinin qeyd edib ki, bu layihənin Gəncədə icra olunması xüsusi önəm daşıyır: “Gəncənin qədim idman ənənələri var. Gəncənin futbol ənənələri var. Bu ənənələri bərpa etmək lazımdır. Onun üçün isə bu gənclərdən istifadə etmək şərtdir. Və unutmaq olmaz ki, burada güclü məşqçi bazası mövcuddur. Onların da dəstəyi vacibdir”.
YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev çıxışında Gəncənin 2019-cu ildə Avropanın İdman şəhəri seçilməsini xatırladaraq gələn ildə “Açıq əyləncəvi futbol məktəbləri” layihəsi ilə birlikdə yeni tədbirlərin keçirilməsinin Gəncədə idmanın inkişafına və kütləviliyinə təkan verəcəyini qeyd edib.
Tədbirin sonunda uşaqlara müxtəlif idman geyimləri və idman ləvazimatları paylanılıb. Gəncənin müxtəlif uşaq futbolu komandalarının təqdimatında idman hərəkətləri izlənilib. Sonda xatirə şəkli çəkdirilib.


Facebook-da paylaş