Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Hidayət Heydərovun dünya çempionatındakı uğursuzluğunun səbəbi açıqlanıb






Azərbaycan cüdoçusu Hidayət Heydərovun Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatındakı uğursuzluğunun səbəbi müəyyənləşib.

BrendSport.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu jurnalistlərlə görüşündə məlumat verib.

O, 73 kq çəki dərəcəsindəki idmançının əsas medal ümidlərindən biri olduğunu, lakin zədə səbəbindən uğursuzluqla üzləşdiyini söyləyib: “Hidayət birinci görüşdən sonra dizindən zədə almışdı. İkinci dərəcəli yırtıq aşkarlanmışdı. Altı həftə məşq edə bilməyəcək. Xarakter nümayiş etdirərək, yarımfinala qədər qalib gəldi. İndiyədək başını yerə qoyaraq səhvə yol verdiyi turnir olmayıb. Heydərov müdafiə olunanda bunu etdi. Yaponlar onun hansı ayağından zədə aldığını gördülər, çünki axsayırdı. Uduzduğu görüşdə də bu amil rol oynadı”.

Baş katib hesab edir ki, Heydərovun çəkisinin çox olması performansına da təsir göstərir: “Hətta xaricdən onun üçün dietoloq da tutmuşuq. Ümid edirik ki, bu səhvdən nəticə çıxaracaq. Çünki bizim ən çox ümid bəslədiyimiz idmançılardan biridir”.

Qeyd edək ki, Hidayət Heydərov Dohadakı mundialın bürünc medal uğrunda görüşündə yaponiyalı Soişi Haşimotoya məğlub olub.


Facebook-da paylaş

Xəbəri paylaş