Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Sabah” - “Beşiktaş” xeyriyyə oyununda qalib müəyyənləşməyib

“Sabah” - “Beşiktaş” xeyriyyə oyununda qalib müəyyənləşməyib


Bakının “Sabah” və Türkiyənin “Beşiktaş” futbol klubları arasında xeyriyyə oyunu keçirilib.
BrendSport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçda “Sabah”ın start heyətində Yusif İmanov, Abdulaye Ba, Elvin Camalov, Kristian da Silva, Amin Seydiyev, Aleksey İsayev, Boyan Letiç, Coy-Lens Mikels, Emmanuel Apeh, Con İrasabal və Aleksey Kaşuk yer alıblar.
"Beşiktaş"ın heyətində isə meydana Mert Günok, Valentin Rosier, Onur Bulut, Kerem Atakan Keskin, Necip Uysal, Berkay Vardar, Velinton, Semih Kılıçsoy, Cekson Muleka, Aleksandru Maksim və Umut Meraş çıxıblar.
Baş hakim Tural Qurbanovun idarə etdiyi oyuna “Sabah” klubu daha fəal başlayıb. Komada azarkeşlərini erkən qol ilə sevindirib. Oyunun 3-cü dəqiqəsində Aleksey Kaşuk Bakı təmsilçisini hesabda önə keçirib. İki dəqiqə sonra A.Kaşuk yenidən rəqibi meydanın mərkəzinə dəvət edib.
Oyunun 23-cü dəqiqəsində “Beşiktaş”ın müdafiəçisi Umut Meraş hesab arasındakı fərqi azaldıb. Görüşün 44-cü dəqiqəsində U.Meraş komandasının və özünün ikinci qolunu vurub. Matçın ilk hissəsi 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
İkinci hissədə komandalar hərəyə bir dəfə fərqləniblər. Qarşılaşmanın 63-cü dəqiqəsində İstanbul təmsilçisinin mərkəz hücumçusu Cenk Tosun penaltini dəqiq yerinə yetirib. Matçın 70-ci dəqiqəsində “Sabah”ın gürcüstanlı hücumçusu Davit Volkov hesaba tarazlıq gətirib.
Beləliklə, xeyriyyə matçı 3:3 hesablı bərabərliklə başa çatıb.
Matçdan əldə olunacaq gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara yardım üçün göndəriləcək.
Qeyd edək ki, martın 26-da Ağdamın "Qarabağ" və Türkiyənin "Qalatasaray" klubları arasında da xeyriyyə oyunu keçirilib. Bakı Olimpiya Stadionunda təşkil olunan matçda İstanbul klubu 2:1 hesablı qələbə qazanıb. Bu görüşdən əldə olunan 1 milyon 90 min 455 manat Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndərilib.


Facebook-da paylaş

Xəbəri paylaş