Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Heydər Əliyev İli”nə həsr edilən kitab təqdim olunub

“Heydər Əliyev İli”nə həsr edilən kitab təqdim olunub

Bakı şəhəri 96 nömrəli tam orta məktəb tərəfindən “Heydər Əliyev İli”nə həsr olunan kitabın təqdimat mərasimi keçirilib.

BrendSport.az
xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri açan 96 nömrəli tam orta məktəbin direktoru Mehriban Hacıyeva Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısındakı misilsiz tarixi xidmətləri, təhsilə göstərdiyi diqqət və qayğısı barədə danışıb.

Daha sonra məktəbin müəllim və şagird kollektivinin birgə səyi nəticəsində ərsəyə gələn kitab təqdim olunub. Kitab barədə ətraflı məlumat verən müəlliflər nəşrdə yer alan 22 məqalənin hər birinin başlığının və ideyasının Ümummilli Lider Heydər Əliyevin kəlamları əsasında hazırlandığını diqqətə çatdırıblar.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva “Heydər Əliyev İli”nin Azərbaycan təhsili, Azərbaycan məktəbi qarşısında qoyduğu vəzifələrdən danışıb. Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsinin əhəmiyyətindən bəhs edən BŞTİ müdiri bütün bunların həm də müdrik şəxsiyyətin ideyalarına sadiqliyin ifadəsi olduğunu diqqətə çatdırıb. 96 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi tərəfindən hazırlanan kitabı yüksək qiymətləndirən Mehriban Vəliyeva Heydər Əliyev irsindən yararlanan şagirdlərin inkişaf edən Azərbaycanın gələcəyinə böyük töhvələr verəcəyinə əminliyini ifadə edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Ümummilli Liderin bütün fəaliyyəti dövründə elmin, təhsilin inkişafına göstərdiyi xüsusi qayğıdan söhbət açıb. Bildirib ki, “Heydər Əliyev İli” misilsiz xidmətləri ilə tarixin yaddaşında əbədiləşən böyük azərbaycanlını, Heydər Əliyev dühasını daha dərindən dərk etmək, böyük bir epoxanın mahiyyətini anlamaq baxımından yaradılmış bir fürsət və imkandır.

Milli Məclisin deputatı Fazil Mustafa uşaqların özünüifadə qabiliyyətinin inkişafına yol açan bu kimi tədbirlərin əhəmiyyətindən bəhs edib, şagirdləri Vətənin gələcəyi üçün daha çox çalışmağa, məsuliyyətli olmağa, əsl vətəndaş kimi formalaşmağa səsləyib. Ulu Öndərin fəaliyyətindən bəhs edən deputat bugünkü Azərbaycan üçün Heydər Əliyevin illərini verdiyini, bu baxımdan belə dahi şəxsiyyətlərin dəyərini bilməyin, onların fəaliyyətinin dərindən öyrənməyin vacib olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzinin direktoru dosent Cəlal Allahverdiyev məktəblərdə Ümummilli Liderin uğurlu fəaliyyətinin öyrədilməsi, öyrənilməsi və təbliğ edilməsi istiqamətində görülən işlərdən danışıblar. Qonaqlar, həmçinin bu kitabla “Heydər Əliyev İli”nə töhfə verən məktəbin pedaqoji kollektivini və şagirdlərini təbrik edib, məktəblilərə müraciətlə gələcəyimizin daha sağlam və işıqlı olmasının onlardan asılı olduğunu qeyd ediblər.
Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şeirlər, mahnılar səsləndiriblər.


Facebook-da paylaş

Xəbəri paylaş