Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

BrendSport.az Gənclərin və İdmançıların informasiya portalının Sponsoru "İYDƏ" Parfüm

VİDEO Bütün Xəbərlər

Canınızın dərmanı, həyatınızın və sağlamlığınızın tək ünvanı "Həyat Aptek"...
24 saat sizinlə!



Milli Gimnastika Arenasında Yeni İl şousunda əsl bayram ab-havası yaşanıb

Milli Gimnastika Arenasında Yeni İl şousunda əsl bayram ab-havası yaşanıb


Dekabrın 23-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Azərbaycan Gimnastika Federasiyası tərəfindən Milli Gimnastika Arenasında keçirilən “Soyuq ürək” adlı əyləncəli Yeni il şousu zamanı əsl möcüzəvi bayram ab-havası yaşanıb.
BrendSport.az xəbər verir ki, şou zamanı izləyicilər sehrli gimnastika macərasına qərq olublar. Tamaşaçılar bu aləmə balacaların sevimli qəhrəmanları, iki bacı - Elza və Anna, eləcə də onların sadiq dostları - pozitivliyi ilə seçilən qar adamı Olaf, cəsur Kristof və maral Svenlə birgə səyahət etdilər.
Həqiqət axtarışına gedən yolda dostluq, xeyirxahlıq və dürüstlüyün həmişə qalib gəldiyini başa düşmək üçün şounun qəhrəmanları müxtəlif maneələrlə qarşılaşmalı oldular.
Şounun iştirakçıları tamaşaya gələnlərə ən unudulmaz və həyəcanlı anlar yaşatmaq üçün böyük həvəslə hazırlaşmışıblar.
Yeni il həqiqətən də möcüzələr bayramıdır. Bütün dünyada hər kəs bu bayramı yeni ümidlər və arzularla qarşılayır.



AzərTAc


Facebook-da paylaş