Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"DÇ-2018"də terror planlaşdıran 5 İŞİD-çi saxlanıldı



Futbol üzrə Dünya çempionatı ərəfəsində Rusiyada terror törətməyə hazırlaşan 5 İŞİD-çi saxlanılıb.

Rusiya KİV xəbər verir ki, şübhəlilər paytaxt Moskvanın yaxınlığında yerləşəm Yaroslavl şəhərində ələ keçirilib.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bununla bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, saxlanılan şəxslər ölkənin müxtəlif yerlərində partlayışlar törətməyi planlaşdırıblarmış.

Əməliyyat zamanı çoxlu sayda silah-sursat da aşkar edilərək götürülüb.

Saxlanılanların kimliyi və harada terror törətməyi planlaşdırmaları ilə bağlı məlumat açıqlanmayıb.

Qeyd edək ki, FSB aprelin 27-də də Moskvada törədilməsi planlaşdırılan böyük terror hadisəsinin qarşısını aldıqlarını açıqlamışdı.


Facebook-da paylaş

Xəbəri paylaş