Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azad Rəhimov: İlin sonunda idmanın bir neçə növü üzrə ölkə birincilikləri keçirilə bilər

Azad Rəhimov: İlin sonunda idmanın bir neçə növü üzrə ölkə birincilikləri keçirilə bilər


İlin sonunda idmanın bir neçə növü üzrə ölkə birinciliklərinin keçirilməsi mümkün ola bilər.

BrendSport.az xəbər verir ki, bunu sentyabrın 23-də Gənclər və İdman naziri Azad Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında güləş zalının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, adətən noyabr-dekabr aylarında idmanın bir çox növləri üzrə respublika çempionatları təşkil olunur. Bununla bağlı yenə müraciətlər edilib. Biz də çox istərdik ki, yarışlar keçirilsin. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə böyük proqram hazırlayırıq. Proqrama idman və fitnes zallarının açılması daxildir. Əgər proqram təsdiqlənərsə, çempionatları keçirmək mümkün olacaq.
A.Rəhimov yarışların ilkin mərhələdə azarkeşsiz təşkil olunacağını deyib.


Facebook-da paylaş

Xəbəri paylaş