Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Arif Rəhimov: Formula 1-in Bakı mərhələsi sadəcə öyünməli hadisədən daha artıqdır



Britaniyanın “PricewaterhouseCoopers” agentliyi ilə tərəfdaşlıq şəraitində Azərbaycan Qran-Prisinin təşkilatçıları dörd il ərzində Formula 1 mərhələlərinin keçirilməsindən əldə edilən iqtisadi səmərənin 506 milyon dollar olması qənaətinə gəliblər. Bu halda birbaşa xərclər təxminən 300 milyon dollar olub.

BrendSport.az xəbər verir ki, Qran-Prinin keçirilməsindən ən çox mənfəət götürən turizm, nəqliyyat, mehmanxanalar və qidalanma ilə bağlı şirkətlər olub: onlar dörd il ərzində Formula 1 mərhələsi hesabına 73,8 milyon dollar qazanıblar.

Hər il əsasən gənclər üçün nəzərdə tutulan 7500-ə yaxın müvəqqəti iş yeri yaradılıb. Gənclər iri beynəlxalq idman tədbiri keçirilməsi sahəsində nadir təcrübə qazanıblar.

“Baku City Circuit”in icraçı direktoru Arif Rəhimov deyib: “Biz həmişə vurğulamışıq ki, Formula 1-in Bakı mərhələsi sadəcə öyünməli hadisədən daha artıqdır. Qran-Pri iqtisadi, sosial və mədəni dəyişikliklərin hərəkətverici qüvvəsinə çevrilməli, sakinlər və əməkdaşlar üçün yeni imkanlar yaratmalı idi. Beləliklə, son illərdə ən cəsarətli gözləntiləri də üstələyə bilmişik”.


Facebook-da paylaş