Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan futbolu XX əsrə qayıdır



Futbol üzrə Azərbaycan Kubokunun 2018/19 mövsümündə 1/16 final mərhələsinin oyunları olmayacaq. Bunu yeni mövsümün təqvimi təsdiqləyib.

Belə ki, dünən açıqlanan oyun cədvəlində kubok yarışları 1/8 finaldan başlayır. Bu da o anlama gəlir ki, yarışa maksimum 16 klub qatılacaq.

Topaz Premyer Liqasının (TPL) 8 komandasına I divizionun bəzi iştirakçıları qoşulacaq. Aşağı dəstədə 4-6 klubla birlikdə mübarizə aparacaq 8 əvəzedici komandanın kuboka qatılması isə reallaşmayacaq. Belə olan halda, Azərbaycan kuboku daha çox TPL komandalarının turnirinə bənzəyəcək.

Düzdü, futbol tariximizdə ikinci komandaların kubokda iştirakına təsadüf olunub. “Neftçi-2”, “Xəzər Lənkəran-2”, “Qarabağ-2” kimi nümunələr kifayət qədərdi. Lakin ikinci komanda və əvəzedicilər reallıqda fərqlidi. Bu üzdən də sonuncuların kubokda iştirakı məntiqsizdi. Kuboka qatılanların sayını yalnız Region Liqası ilə artırmaq olardı ki, həvəskar tipli komandaların belə yarışda mübarizəsi də qeyri-ciddi təsir bağışlayardı.

Hərçənd, futbol tariximizdə həvəskarların da kuboka qatıldığı vaxtlar olub. Buna birinci liqanın olmadığı vaxtlarda şahidlik etmişik.

1/16 final mərhələsinin keçirilməməsi, kubokun 1/8 finaldan başlaması isə turnir üçün qeyri-adilik olsa da, ilk deyil. Məsələ ondadı ki, Azərbaycan kuboku tarixində 1/16 finalın olmadığı mövsüm də var. Bu da uzaq 1992-ci ildi. Lakin güclülər dəstəsində 26, birinci liqada 12 komandanın mübarizəyə başladığı vaxtda kuboka cəmi 12 klubun buraxılması təqvimlə bağlı idi. Qısa zaman kəsiyində təşkil edilib, keçirilən turnirə hər istəyən buraxılmamışdı.

26 ildən sonra 1/16 finala ehtiyac duyulmamasını təbii qarşılamaq mümkündü. Son 4 mövsümdə hər il 2-3 matçdan ibarət 1/16 finalın varlığı ilə yoxluğu ilə onsuz da bilinmirdi.

Qeyd edək ki, tarixdə 1/32 finalın da olduğu 5 mövsüm olub. Həmin illərdə iştirakçı sayı 32-dən çox olub. (Apasport)


Facebook-da paylaş

Xəbəri paylaş