Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Taekvondo üzrə Göyçay rayon açıq birinciliyi keçirilib



Göyçay rayonunda Göycay Olimpiya İdman Kompleksində taekvondo idman növü üzrə rayon açıq birinciliyi keçirilib.

BrendSport.az saytı xəbər verir ki, yarış dörd yarış qrupundan 20-yə yaxın çəki dərəcəsində təşkil olunmuşdur. Turnirdə 100-ə yaxın idmançı iştirak edib. Yarışda Göyçayın 4 komandası, Şamaxı Olimpiya İdman Kompleksi, Ağsu, "Granmaster", "Bozux", Xırdalan Təhsil və Gəncə kimi komandalar iştirak ediblər.

Göyçay komandasının baş məşqçisi Kazım Kazımovun dediklərindən:
- Göyçayda taekvondo çox inkşaf edib. Komandamızda Avropa mükafatçısı var. Artıq kütləvi məşqlərə nail olmuşuq. Taekvondonun Göyçayda olan inkşafina görə Göyçay rayon İcra Hakimiyyətinə, ATF-yə, rayon İdman İdarəsinin rəisi Elşən Şirinova, Ləkçıplaq kənd 2 saylı məktəbin direkroru Əhməd Quliyevə, Göyçay şəhər 5 saylı məktəbin direktoru Müşabə Kazımovaya, rayon gənclər mərkəzinin direktoru Səməd Cəbrayılova, Göyçay rayon İdman Kompleksinin direktoru Fuad Ağayevə öz dərin minnətdarlığımı bidirirəm.

"Bozux" komandasının məşqçisi Nüsrət Hacıyev:
- Maraqlı yarış keçirilir. Burda yeni gənc idmançılar kəşf edirik. Gərgin yarışın şahidi oluruq. Qoy güclü qalib gəlsin.

Alxas Məmmədov




















Facebook-da paylaş

Xəbəri paylaş