Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Sumqayıtda mini-futbоl yarışı keçirilib



Sumqayıtda Beynəlxalq Gənclər Gününə həsr edilmiş mini-futbоl yarışı keçirildi.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin verdiyi məlumata görə. Təhsil Respublika İdman Mərkəzi Sumqayıt şəhər 1 N-li Uşaq-Gənclər İdman Şahmat Məktəbində Beynəlxalq Gənclər Gününə həsr edilmiş şəhərin müxtəlif sahələrini təmsil edən gənc könüllülər arasında mini-futbоl üzrə yarış təşkil edilmişdir.

Tədbir dövlət himnin səsləndirilməsi ilə başlanılmışdır.
Tədbiri giriş sözü ilə açan Baş İdarənin Gənclərlə iş sektorunun müdürü Ceyhun Hüseynov iştirakçıları salamlayaraq, əsası Ümummili Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, Gənclər və İdman Nazirliyi və şəhər rəhbərliyinin gənc nəslə göstərdiyi diqqət və qayğıdan, Respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmışdır. Qeyd olundu ki, məqsəd “Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri icra etmək, gənclərin hərtərəfli inkişafına nail olmaq, sağlamlıqlarının möhkəmləndirmək, asudə vaxtlarının səmərəli təşkili və həmçinin fiziki potensialının üzə çıxarılmasıdır. Bildirildi ki, şəhərimizdə də gənclərimizin hərtərəfli inkişafı üçün əlverişli şərait yaradılmış, müasir tələblərə cavab verən idman obyektləri istifadəyə verilmişdir.

Yarışda ümumilikdə 6 komanda və hər komandadan 6 nəfər olmaqla 36 gənc qalib adı uğrunda mübarizə aparmışdır.
Gərgin keçən yarışmanın yekun nəticəsinə əsasən I yerə Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin “Qızıl Aypara Mobil Dəstə”, II yerə “QAC Sumqayıt” və III yerə isə Sumqayıt Asan Xidmət Mərkəzinin “Mübariz” adlı komandası layiq görülmüşdür.
Qalib komandalar şəhər Gənclər və İdman Baş İdarəsinin kubok, medal, fəxri fərmanları ilə təltif edilmişdir.

Əliqasım Məmmədov
ADPU-nun II kurs tələbəsi


Facebook-da paylaş