Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Sağlam həyat tərzini seç!”

“Sağlam həyat tərzini seç!”

Siyəzən rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “Sağlam həyat tərzini seç!” devizi altında 6 iyun – 8 iyul 2018-ci il tarixlərdə şəhər stadionunda keçirilən gənclər arasında mini-futbol üzrə rayon çempionatı sona çatıb.

Rayonda futbol idman növünün kütləvliyinə nail olunması, idmanın bu növünün inkişafına dəstək verilməsi, həmçinin gənclərin sağlam ruhda tərbiyəsi və asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədi daşıyan yarışda 20 komanda iştirak edib.

İyulun 8-də keçirilən final görüşündə “Gənclik” üzərində tam üstünlüklə qələbə çalan “Lokomotiv” komandası rayon çempionatının qalibi olub. Birinci və ikinci yerləri tutan komandalar sonda kubok, fəxri fərman və pul mükafatları ilə təltif ediliblər.

Əliqasım Məmmədov
ADPU-nun II kurs tələbəsi




Facebook-da paylaş

Xəbəri paylaş