Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan kuboku: “Turan Tovuz” yarımfinala vəsiqə qazanıb

Azərbaycan kuboku: “Turan Tovuz” yarımfinala vəsiqə qazanıb


Dekabrın 20-də futbol üzrə Azərbaycan kubokunda daha bir oyun keçirilib. Belə ki, “Turan Tovuz” öz meydanında “Kəpəz”i qəbul edib.
BrendSport.az xəbər verir ki, ilk görüşdə səfərdə 2:1 hesablı qələbə qazanan tovuzlular doğma meydanda növbəti mərhələ üçün lazımi nəticəni qazanmağa nail olublar. Meydan sahiblərinin heyətində 15-ci dəqiqədə Faiq Hacıyev, bir dəqiqə sonra isə Xəyal Nəcəfov rəqib komandanı məyus ediblər. Lakin “Kəpəz” ruhdan düşməyib. Birinci hissənin qalan dəqiqələrində təşəbbüsü ələ alan gəncəlilər fasiləyədək bərabərliyi təmin ediblər. Fərid Nəbiyev 32-ci və 45+3-cü dəqiqələrdə fərqlənərək hesabı bərabərləşdirib – 2:2.
İkinci hissədə qapılara qol vurulmayıb və görüş elə bu hesabla başa çatıb.


Facebook-da paylaş

Xəbəri paylaş