Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gənclər mərkəzlərinin rolu, dəyəri və təsiri mövzusunda onlayn seminar keçirilib



BrendSport.az saytının Gənclər Şöbəsi xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Avropa Şurası Gənclər Departamenti arasında xüsusi ikitərəfli əməkdaşlıq proqramı çərçivəsində, noyabrın 18-19-da gənclər evləri və gənclərlə işləyən mərkəzlərin əməkdaşları üçün “Gənclər mərkəzlərinin rolu, dəyəri və təsiri mövzusunda onlayn seminar keçirilib.

İkigünlük seminarın təşkilində əsas məqsəd, gənclərlə iş sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, Avropa Şurasının gənclər mərkəzlərinin iş prinsipləri, yanaşmaları və standartları ilə tanış olmaqdır.

Seminarın açılışında gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və Avropa Şurasının Gənclər Departamentinin təhsil və təlim şöbəsinin direktoru Rui Qomeş iştirak ediblər.

Tədbirə Azərbaycanda fəaliyyət göstərən Gənclər Evləri və Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin 100-dən çox əməkdaşı qatılıb.








Facebook-da paylaş

Xəbəri paylaş