Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gənc azərbaycanlı şahmatçı “Aeroflot open” festivalının qalibi olub



Azərbaycanın gənc şahmatçısı Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalında parlaq qələbəyə imza atıb.

BrendSport.az xəbər verir ki, festivalın güclü A turnirində 9 turdan 6,5 xal toplayan Aydın Süleymanlı festivalın qalibi olub. Onunla eyni xala malik olan komandamızın üzvü Rauf Məmmədov isə əlavə göstəricilərə görə üçüncü yeri tutub. A turnirində digər şahmatçımız Vüqar Əsədli 6 xalla altıncı pillədə qərarlaşıb.

Yarışın B turnirində mübarizə aparan Məhəmməd Muradlı isə 6,5 xalla dördüncü olub.


Facebook-da paylaş

Xəbəri paylaş