Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək



Avqustun 25-də Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək.

Federasiyadan BrendSport.az-a bildiriblər ki, bununla əlaqədar 1980-ci ilədək istehsal olunan avtomobillərin sahibləri avqustun 20-də saat 18:00-dək AAF-da qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün Azərbaycan Avtomobil Federasiyası ilə (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri, eləcə də office@faa.az elektron poçt ünvanı ilə əlaqə saxlamaq xahiş olunur.

Qeydiyyatdan keçən avtomobil və sahibləri avqustun 25-də saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdırlar. Yürüş paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edəcək.


Facebook-da paylaş