Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi ilə mədəni-kütləvi tədbirlər keçirildi



BrendSport.az saytının Gənclər şöbəsi xəbər verir ki, Gənclər və İdman Nazirliyi tərəfindən gənclərin hərbi xidmətə həvəsləndirilməsi və ordu sıralarına yolasalınması məqsədi ilə mədəni-kütləvi tədbirlər keçirildi. 2019-cu il aprel ayının 3-də Şamaxı və Qobustan rayonlarında, 5-də Hacıqabul rayonunda, 9-da isə Şabran rayonunda keçirilən tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi, ölləmizin ərazi bütövlüyü uğrunda Şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Hərbi xidmətə yolasalma kampaniyası dövründə keçirilən tədbirlərdə çağırışyaşlı gənclərdə vətənpərvərlik hissini daha da artırmaq, onları hərbi xidmətə həvəsləndirmək və çağırışçı gənclərin mənəvi-psixoloji durumunu yüksəltmək üçün çıxışlar və təbriklər dinlənildi, vətənpərvərlik mövzusunda konsert proqramı təşkil edildi. Qeyd olunan tədbirlərdə çağırışyaşlı və çağırışçı gənclərlə yanaşı, Gənclər və İdman Nazirliyinin, yerli icra hakimiyyətlərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrinin nümayəndələri, gənclər və idman idarələrinin rəisləri, həmçinin Qarabağ qaziləri, aprel döyüşlərinin iştirakçıları, veteranlar və ziyalılar iştirak etdi. Tədbirlərdə iştirakçılara xüsusi hazırlanmış “Tövsiyə-yaddaş kitabçaları” paylandı.


Facebook-da paylaş

Xəbəri paylaş