Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Biləsuvar rayonunda gənclər əmək bazarında daha çox tələb olunan peşə və ixtisaslar haqqında məlumatlandırıldı



Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 24 yanvar 2019-cu il tarixdə Gənclər Evində “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər planının 5.3.10. yarımbəndinin icrası məqsədi ilə “Gənclərin peşəyönümü işinin gücləndirilməsi, onların əmək bazarında daha çox tələb olunan peşə və ixtisaslar haqqında məlumatlandırılması” mövzusunda maarifləndirmə tədbiri keçirildi.
250 nəfərdən çox gəncin iştirak etdiyi tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Elsevər Həsənov, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, Təhsil Şöbəsinin müdir müavini Əlisafa Qəmbərov, Məşğulluq Mərkəzinin direktoru Əvəz Əliyev, Peşə Liseyinin direktoru Rabil Şahbazov iştirak etdilər.
Giriş sözü ilə çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov tədbirin gənclər üçün peşə seçimində doğru yolla irəliləməkdə xüsusi əhəmiyyətə malik olduğunu qeyd etdi və bildirdi ki, peşəyönümü məsləhətləri gənclərin meyl və maraqlarını müəyyən etmək, habelə mövcud əmək bazarının vəziyyəti barədə onlarda aydın təsəvvür yaratmaq məqsədi ilə həyata keçirilir.
Digər çıxış edənlər Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Elsevər Həsənov, Təhsil Şöbəsinin müdir müavini Əlisafa Qəmbərov, Məşğulluq Mərkəzinin direktoru Əvəz Əliyev, Peşə Liseyinin direktoru Rabil Şahbazov gənclərin peşə seçməyə hazırlanmasında, onların maraq və meyllərinin müəyyənləşdirilməsində əmək bazarının tələbatını nəzərə almağın böyük əhəmiyyət daşıdığını qeyd etdilər, gənclərə peşəyönümü işinin mühüm cəhətləri, düzgün peşə seçimi zamanı hansı amillərə daha çox diqqət yetirmək lazım olduğu, əmək bazarında daha çox tələb olunan peşə və ixtisaslar barədə ətraflı məlumat verildi, gəncləri maraqlandıran suallara aydınlıq gətirildi.
Tədbirdə Biləsuvar Peşə Liseyinin direktoru Rabil Şahbazov “Gənclərin peşə təhsilinə cəlb olunmasında və peşəyə yiyələnməsində göstərdiyi səmərəli fəaliyyətinə görə” Biləsuvar rayon Gənclər və İdman İdarəsinin “Fəxri Fərmanı” ilə təltif olundu.


Facebook-da paylaş

Xəbəri paylaş