Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Koreya səfiri kuboku” turniri başa çatıb



Taekvondo üzrə gənclər arasında “Koreya səfiri kuboku” turniri başa çatıb. Fəxri kürsüdə yer alanlardan biri də Sabunçu rayonu Maştağa qəsəbəsi 255 nömrəli məktəbin 9B sinif şagirdi, "ALPMAN" taekvondo klubunun üzvü Nigar Useynova olub.

N.Useynova 49 kq çəki dərəcəsində gənc qızlar arasında 3-cü yerə layiq görülüb. Turnir həm də respublika birinciliyi xarakteri daşıdığından N.Useynova respublika üçüncüsü adını qazanıb.

Digər fərqlənənlər kimi, Nigar da Koreyanın Azərbaycandakı səfiri Kim Tonq Op tərəfindən diplom və medalla təltif edilib.

Qeyd edək ki, Nigar cəmi bir ildir ki, Maştağa taekvondo bölməsinin baş məşqçisi, "ALPMAN" taekvondo klubunun rəhbəri Nadirov Zahid müəllimin rəhbərliyi ilə məşqlərə qatılıb. Onun gələcək hədəfləri respublika çempionu, Avropa və dünya çempionu adlarını qazanmaqdır.

Xatırladaq ki, Nigar hazırda qırmızı kəmər sahibir. Hədəfi isə qara kəmərə sahib olmaqdır.

Əliqasım Məmmədov,
ADPU-nun II kurs tələbəsi






Facebook-da paylaş

Xəbəri paylaş