Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



"Qarabağ" - "Arsenal" oyununun biletləri satışda



Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək "Qarabağ" - "Arsenal" matçının biletlərinin satışa çıxarılacağı vaxt müəyyənləşib.

"Qarabağ" klubunun mətbuat xidmətinin yaydığı xəbərə görə, azarkeşlər sözügedən qarşılaşmanın biletlərini sabahdan etibarən əldə edə bilərlər. Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manatdır.

Fanatlar biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iticket.az saytından əldə edə bilərlər.

Satış məntəqələri:

Qarabağ FK Fan-şop ("Park Bulvar")

İticket kassaları

Sumqayıt şəhəri ("ASAN Xidmət")

"28 Mall"

"Gənclik Mall"


Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" matçı saat 20:55-də start götürəcək.


Facebook-da paylaş