Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qvardiola Mourinyonun müdafiəsinə qalxdı

Qvardiola Mourinyonun müdafiəsinə qalxdı

"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola mövsümə uğursuz start verdiyi üçün tənqid olunan “Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyonu müdafiə edib.

“Sky Sports” nəşrinə istinadən yaydığı xəbərə görə, ispan mütəxəssis pis nəticələrin təkcə baş məşqçilərdən asılı olmadığını bildirib:

“Şəxsən mən Mourinyonun ustalığına heç vaxt şübhə etməmişəm, indi də etmirəm. Çünki məsələ təkcə qazanılan titullarda deyil. Bunu çox demişəm. Misal üçün özümü götürsəm, mən uğurları yaxşı futbolçuları olan möhtəşəm klublarla qazanmışam. Bəlkə də əlimdə belə bir imkan olmasaydı, həmin titullara sahib çıxa bilməzdim.

Ancaq o qədər güclü məşqçilər var ki, titul qazanmayıblar. Məhz buna görə deyirəm ki, yaxşı klublar, yaxşı futbolçular nəticə əldə etməkdə məşqçilərə çox kömək edirlər.Elə şeylər var ki, məşqçilər ona nəzrət edəbilmir. Amma bu, onların pis olması demək deyil”.

Qeyd edək ki, mövsümə uğursuz başlayan "Mançester Yunayted" 3 turda 1 qələbə qazanıb, 2 dəfə uduzub.


Facebook-da paylaş

Xəbəri paylaş