Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İngilis qapıçıdan iddialı açıqlamalar

İngilis qapıçıdan iddialı açıqlamalar

İngiltərə yığmasının qapıçısı Yordan Pikford komandasının dünya çempionatındakı uğurlu çıxışına münasibət bildirib. Xarici mətbuatın yaydığı məlumata görə, mundialın uğurlu qolkiperlərindən olan Pikford öz çıxışından da məmnun qaldığını söyləyib.

O, dünyanın ən güclü qapıçısı olmaq arzusunu gizlətməyib: “İsveçlə matçda nə qədər güclü oynaya biləcəyimi göstərdim. Çox çalışıram, maksimum səviyyəyə çatmaq üçün əlimdən gələni edirəm. Bu, ən yaxşı oyunlarımdan biri idi. Özümü sübut etmək üçün aşağı liqalarda mübarizə apardım. Ümid edirəm ki, nə vaxtsa bir nömrə olacam. Mənim üçün hər matç sınaqdı”.

Qeyd edək ki, Yordan Pikford ötən mövsüm “Everton”un heyətində 46 oyun keçirib, qapısından 70 qol buraxıb.


Facebook-da paylaş

Xəbəri paylaş