Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dieqo Kosta 43 milyon avroya "Atletiko"ya qayıdır

Dieqo Kosta 43 milyon avroya "Atletiko"ya qayıdır

"Çelsi"nin futbolçusu Dieqo Kosta sabiq klubu "Atletiko"ya keçməyə yaxındır.

Britaniya mətbuatına ın yaydığı xəbərə görə, Madrid klubu 43 milyon avro ödəyərək 28 yaşlı hücumçunu almaq üzrədir. FİFA "Atletiko"ya yanvar ayına kimi yeni oyunçu sifariş etməyi qadağan etdiyindən "Atletiko"nun D.Kostanı yarım illik – qadağa bitənə qədər icarəyə verə biləcəyi vurğulanıb.


Qeyd edək ki, D.Kosta ilə "Everton", "Marsel" və "Monako"nun da maraqlandığı iddia olunur.

Xatırladaq ki, D.Kosta 2014-cü ildə "Atletiko"dan "Çelsi"yə keçib. (Qol.az)


Facebook-da paylaş

Xəbəri paylaş