Faydalı saytlar


Reklam



“Barselona” Dembeleyə ultimatum verəcək



“Barselona” hücumçu Osman Dembelenin gələcəyi ilə bağlı qərarını tez verməsini istəyir.

BrendSport.az xəbər verir ki, Kataloniya təmsilçisi fransalı futbolçuya yeni müqavilə təklif etsə də, Dembele hələ qərarını verməyib.

Bu barədə AS nəşri məlumat yayıb.

“Barselona” Dembelenin qərarsızlığına görə ona ultimatum verəcək. Belə ki, 24 yaşlı futbolçu ya klubun təklif etdiyi müqavilə şərtləri ilə razılaşmalı, ya da müqavilə imzalamayacağını qısa zamanda rəhbərliyə bildirməlidir.

Dembelenin “Barselona” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.


Facebook-da paylaş