Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



UEFA federasiyalara 1,5 milyard dollar yardım ayırıb

UEFA federasiyalara 1,5 milyard dollar yardım ayırıb


FIFA futbol üzrə milli federasiyalara koronavirus pandemiyasının fəsadları ilə mübarizə aparmaq üçün 1,5 milyard ABŞ dolları ayırıb.

BrendSport.az xəbər verir ki, AFFA da daxil olmaqla quruma üzv 211 assosiasiyanın hər birinə 1 milyon dollar, qadın futbolunun inkişafı üçün əlavə 500 min dollar yardım ediləcək.
Altı konfederasiyanın hər biri 2 milyon dollar alacaq. Bu ödənişlər FIFA-nın planının ilk iki mərhələsində həyata keçiriləcək. Üçüncü mərhələdə isə hər bir milli assosiasiya 500 min dollardan 5 milyon dollaradək kredit almaq üçün müraciət hüququna malik olacaq.
Konfederasiyalara 4 milyon dollaradək kredit təklif ediləcək və xərclərin səmərəliliyinə nəzarət edən xüsusi komitə yaradılacaq.


Facebook-da paylaş