Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ostində Formula 1 ABŞ Qran-Prisinin keçirilməsi sual altındadır

Ostində Formula 1 ABŞ Qran-Prisinin keçirilməsi sual altındadır

ABŞ Qran-Prisi mövsümünün yeni təqviminin ilkin versiyası oktyabrın 25-nə nəzərdə tutulub, lakin Ostində yürüşün keçirilməsi getdikcə daha çox sual doğurur.
BrendSport.az xəbər verir ki, koronavirus pandemiyası başlanandan Ostində müxtəlif məhdudiyyətlər qüvvədədir. Hazırda şəhər ən çoxu on insanın iştirakı ilə tədbirlərin keçirilməsinə imkan verən üçüncü mərhələdədir. Tibb eksperti doktor Mark Eskottun sözlərinə görə, məhdudiyyətlər yalnız dekabrda götürülə bilər.
O deyib: "Ləğv etdiyimiz ilk tədbirlər böyük tədbirlərdir və keçirilməsinə icazə veriləcək son tədbirlər də bu tədbirlər olacaq, çünki belə tədbirlərdə xeyli insanın, xüsusən bir ailənin üzvlərinin yoluxması riski var".
Biz müxtəlif planlar üzərində çalışırıq və mıəhdudiyyətlərin aradan qaldırılması üçün proqnozlar qururuq. Amma indi dekabrın sonuna kimi 2500-dən çox insanın iştirakı ilə tədbirlərin keçirilməsinə imkan verəcək heç bir əlamət görmürük".
Eskott bildirib ki, kütləvi tədbirlərin keçirilməsinə koronavirusa yoluxma hallarının sayının azalması təsir göstərə bilər. O deyib: "Bu, sosial məsafəyə əməl etməyimiz və imkanı olan insanların evdə qalmaları üçün yaxşı stimuldur. Biz, bir cəmiyyət kimi, vəziyyətin yaxşılaşmasına kömək etməliyik ki, artıq payızda bu məhdudiyyətləri götürmək mümkün olsun".


Facebook-da paylaş

Xəbəri paylaş