Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şannon Briqqs və Mayk Tayson qarşılaşmağa razılıq veriblər

Şannon Briqqs və Mayk Tayson qarşılaşmağa razılıq veriblər

Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Şannon Briqs və Mayk Tayson döyüşməyə razılıq veriblər.
BrendSport.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Ş.Briqs jurnalistlərə müsahibəsində bildirib. O deyib ki, bu yaxınlarda rəsmi döyüşlə bağlı rəqibi ilə razılığa gəlib.
Ş.Briqs sonuncu döyüşünü 2016-cı ildə keçirib. O, karyerası ərzində 68 döyüşdən 60-da (53-ü nokautla) qələbə qazanıb, 6 dəfə məğlub olub.
“Dəmir Mayk” ləqəbli M.Tayson isə peşəkar karyerasını 2005-ci ildə başa vurub. O, karyerası ərzində 58 döyüş keçirib ki, onların 50-də qələbə (44-ü nokautla) qazanıb. “Dəmir Mayk” altı döyüşdə rinqdən məğlub ayrılıb.


Facebook-da paylaş

Xəbəri paylaş