Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Rüstəm Orucovu yaponiyalı cüdoçu dünya reytinqində qabaqlayıb



Azərbaycan cüdoçusu Rüstəm Orucov dünya reytinq cədvəlində 73 kiloqram çəki dərəcəsindəki liderliyi əldən verib.
BrendSport.az xəbər verir ki, 2019-cu ili birinci pillədə başa vuran cüdoçumuzu ən yaxın izləyicisi yaponiyalı Soiçi Haşimoto qabaqlayıb. Fevralın 8-9-da Parisdə keçirilmiş “Böyük dəbilqə” turnirinin qalibi olan yaponiyalı cüdoçu birinci pilləyə yüksəlib. Həmin çəki dərəcəsində digər cüdoçumuz Hidayət Heydərov da bir pillə geriləyərək dördüncü olub.

Komandamızın digər üzvlərindən Məmmədəli Mehdiyev (90 kq) Parisdə “Böyük dəbilqə” turnirində beşinci yeri tutduğu üçün iki pillə irəliləyərək beşinci yerdə qərarlaşıb. Elmar Qasımov və Zelim Kotsoyev (hər ikisi 100 kq) də mövqelərini bir pillə yaxşılaşdırıblar. E.Qasımov 14-cü, Z.Kotsoyev 16-cı yerdədirlər. Uşangi Kokauri (+100 kq) iki pillə geriləyərək 17-ci yerdə qərarlaşıb. Nicat Şıxəlizadə (66 kq) 21-ci, Orxan Səfərov (60 kq) 30-cu sırada yer alıblar.

Qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) da bir pillə geriləyib. Cüdoçumuz hazırda dördüncü yerdədir.


Facebook-da paylaş