Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Tokio 2020” Yay Olimpiya Oyunlarının məşəlini 2011-ci ildə baş verən sunami qurbanının atası aparacaq



2011-ci ilin martında Yaponiyanın şimal-şərqində baş vermiş zəlzələdən sonra yaranan sunami nəticəsində həlak olan 12 yaşlı qızın atası Tokioda gələn il keçiriləcək Olimpiadanın məşəl estafetinə qatılacaq.

BrendSport.az Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Miyaqi prefekturasının İşinomaki şəhər ibtidai məktəbinin altıncı sinfində oxuyan Mayanın atası Noriyuki Suzuki dekabrın 12-də məlumat verib. N.Suzuki bildirib ki, bələdiyyədən ünvanına göndərilən elektron məktubda onun məşəl daşıyanlardan biri kimi seçildiyi deyilir.

N.Suzuki əlavə edib ki, sunami vaxtı həmin ibtidai məktəbdə baş verən hadisə nəticəsində alınan dərsləri bütün dünya ilə bölüşmək üçün o, gələn ilin iyununda keçiriləcək rəsmi mərasimdə məşəl daşıyan kimi yer almaq məqsədilə müraciət edib. Onun qızı digər 74 şagird və 10 müəllimlə birlikdə 2011-ci ilin martında baş verən zəlzələ nəticəsində yaranan sunami zamanı həlak olub.

Bu seçimdən çox sevinən Mayanın atası sinəsinə qızının məktəb nişanını taxacağını deyib. O bildirib ki, yürüş zamanı təkcə Mayanın deyil, həlak olan bütün uşaqların xatirəsi yad ediləcək.

Qeyd edək ki, Yaponiyanın 47 prefekturasından 10 minədək insan Olimpiya estafetində məşəl daşıyıcısı kimi iştirak etmək üçün rəsmi orqanlara müraciət ünvanlayıb. Onların təxminən yarısı hər mərhələsinin uzunluğu 200 metr olacaq estafetdə iştirak etmək üçün seçiləcək.

Olimpiya Oyunlarının Yaponiya seqmenti gələn il martın 26-da zəlzələ və sunaminin böyük ziyan vurduğu Fukuşima prefekturasında başlayacaq və Tokio Milli Stadionuna çatanadək 121 gün davam edəcək.

Cari ilin sentyabrında Tokio Olimpiya Oyunlarının təşkilat komitəsi ictimaiyyətdən əməkdaşlıq üçün prefekturaların hökumətlərinə və dörd korporativ sponsora ünvanlanmış 535 min məktubun daxil olduğunu bəyan edib.


Facebook-da paylaş

Xəbəri paylaş