Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Avro-2020": Belçika millisi Rusiya yığmasını məğlub edib

"Avro-2020": Belçika millisi Rusiya yığmasını məğlub edib
"Avro-2020" çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyunlar keçirilib.

BrendSport.az xəbər verir ki, birinci turun ilk oyun günündə dünya çempionatının bürünc mükafatçısı Belçika seçməsi Rusiya yığmasını qəbul edib.
Oyunda hesabı 14-cü dəqiqədə meydan sahibləri açıb. Bu qoldan sonra hücuma atılan qonaqlar iki dəqiqə sonra hesaba tarazlıq gətiriblər. Birinci hissənin başa çatmasına bir dəqiqə qalmış belçikalılar yenidən hesabda önə keçib. Bu qol 11 metrlik cərimə zərbəsindən vurulub.
Matçın 88-ci dəqiqəsində Belçika millisi rəqib qapısından üçüncü topu keçirib Oyun 3:1 hesabı ilə belçikalıların xeyrinə başa çatıb.
Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
I qrupu
Qazaxıstan - Şotlandiya - 3:0;
Kipr - San-Marino - 5:0.
C qrupu
Hollandiya - Belarus - 4:0;
Şimali İrlandiya - Estoniya - 2:0.
E qrupu
Slovakiya - Macarıstan - 2:0.
G qrupu
Avstriya - Polşa - 0:1;
İsrail - Sloveniya - 1:1;
Makedoniya – Latviya - 3:1.


Facebook-da paylaş

Xəbəri paylaş