Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Borussiya” və “Bayer”i 1/4 finala buraxmadılar



Futbol üzrə Almaniya Kubokunda 1/8 final mərhələsinə start verilib.


BrendSport.az xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutub.

“Bayer” səfərdə “Haydenhaym”la qarşılaşıb. Bundesliqa klubu aşağı liqa təmsilçisinə məğlub olaraq, mübarizəni dayandırıb. “Duysburq” da “Paderborn”a doğma meydanda boyun əyib. “Hamburq” - “Nürnberq” görüşündə meydan sahibləri minimal hesabla üstün olublar. Günün ən maraqlı gözlənilən qarşılaşması isə Dortmund “Borussiya”sı ilə “Verder” arasında keçirilib. Görüşün əsas və əlavə vaxtında qalib müəyyənləşməyib (1:1, 3:3). Dortmundlular penalti seriyasında məğlub olmaqla 1/4 finala yüksələ bilməyiblər.

Almaniya Kuboku
1/8 final
5 fevral


Haydenhaym – Bayer 2:1

Hamburq – Nürnberq 1:0

Borussiya (Dortmund) – Verder 3:3 (penaltilər 2:4)

Duysburq – Paderborn 1:3

6 fevral

21:30. Holştayn - Auqsburq
21:30. Leyptsiq - Volfsburq
23:45. Şalke - Fortuna
23:45. Herta - Bavariya


Facebook-da paylaş

Xəbəri paylaş