Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Serxio Peres: Esteban Okonun bir il Formula 1-dən kənarda qalması onun karyerasına mənfi təsir göstərə bilər



Fransız pilot Estaben Okon 2019-cu ildə Formula 1 yarışlarında çıxış etməyəcək. Bununla əlaqədar, onun meksikalı həmkarı Serxio Peres Okonun gələcəyi üçün narahat olduğunu bildirib.

BrendSport.az xəbər verir ki, Okon 2019-cu ildə “Mercedes” komandasının ehtiyat pilotu olacaq. Peresin fikrincə, fransız pilotun bir il “Kral yürüşləri”ndən kənarda qalması ona ciddi ziyan vura bilər.

“Autosport” Peresin bu sözlərini sitat gətirir: “Şübhəsiz, bu cür fasilə Okona ciddi ziyan vura bilər. Formula 1 yarışları ilbəil inkişaf edir. Gələcəkdə nə olacağını heç vaxt bilmirsən.

Okon “Mercedes”də yaxşı vəzifə alıb. Əlbəttə, onun Formula 1-də iştirak etməyə haqqı var. Okon dünyada ən güclü pilotlardan biridir. Lakin bir il ərzində çox şey dəyişə bilər. Ola bilsin ki, o, qayıdacaq və “Mercedes”in heyətində çıxış edəcək. Lakin işlərin necə gedəcəyini bilmək olmaz”.


Facebook-da paylaş

Xəbəri paylaş