Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Maradona Messinin milliyə qayıtmamasını məsləhət gördü



Argentinalı sabiq futbolçu Dieqo Maradona “Barselona”nın hücumçusu Lionel Messiyə məsləhət verib.

Xarici mətbuatda yayılan xəbərə görə, Maradona Messiyə Argentina millisinə qayıtmamağı məsləhət görüb:

“Messi milli komandaya qayıtmasın. Argentinanın U-15 yığması məğlub olur, günahkar Messinin olduğunu deyirlər. Ölkə çempionatında “Rasinq” “Boka Xuniors”la qarşılaşır, yenə Messi günahlandırılır. Onu həmişə və hər şeydə günahlandırırlar. Ona deyərdim ki, qayıtmasın və görək, milli Messisiz nə edəcək”.

Messi sonuncu dəfə DÇ-2018-də Argentina millisinin formasını geyinib və onlar 1/8 finalda Fransaya məğlub olublar.

Millinin sentyabrda keçirilən yoxlama oyunlarını buraxan Messi, oktyabrdakı qarşılaşmalarda da forma geyinməyəcək.


Facebook-da paylaş