Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İspaniya La Liqasında 3-cü tura yekun vurulub



BrendSport xəbər verir ki, 3-cü tur “Xetafe” - “Valyadolid” qarşılaşması ilə başlayıb. Bu görüşdə hesab açılmayıb.

İlk oyun gününün digər matçlarına gəlincə, "Real Sosyedad" səfərdə "Eybar"a, "Vilyarreal" isə evdə "Jirona"ya uduzub.

“Real” “Leqanes”i qəbul edib. Beş qolun qeydə alındığı bu matçda Madrid təmsilçisi darmadağına sevinib. Madridin digər təmsilçisi "Atletiko" isə səfərdə "Selta"ya məğlub olub.

“Barselona” isə “Hueska”nı sınağa çəkib. Bütövlükdə 10 qolun qeydə alındığı bu matçda Kataloniya təmsilçisi darmadağına sevinib.

İspaniya La Liqası, 3-cü tur

31 avqust

Xetafe - Valyadolid 0:0

Eybar - Real Sosyedad 2:1
Qollar: Kardona, 26. Çarles, 90 - V.Xose, 15.

Vilyarreal - Jirona 0:1
Qol: Stuani, 54.

1 sentyabr

Selta - Atletiko 2:0
Qollar: M.Qomes, 46. Aspas, 52.

Real - Leqanes 4:1
Qol: Beyl, 17. Benzema, 48; 61. Ramos, 66-pen - Karrilyo, 24-pen.

2 sentaybr

Levante - Valensiya 2:2
Qollar: Marti, 13; 33 - Çerışev, 16. Parexo, 52-pen.

Alaves - Espanyol 2:1
Qollar: Baston, 57. Sobrino, 59 - Baptistao, 42-pen.

Barselona - Hueska 8:2
Qollar: Messi, 16; 61. Pulido, 24-öz qapısına. L.Suares, 39; 90. Dembele, 48. Rakitiç, 52. Alba, 81 - Ernandes, 3. Qallar, 42.

Betis - Sevilya 1:0
Qol: Xoakin, 80.

Qeyd edək ki, şənbə günü keçirilməli olan “Rayo Valyekano” - “Atletik” qarşılaşması təxirə salınıb.



Bombardir: Xose Luis Morales (Levante), Andre Silva (Sevilya) - 3.


Facebook-da paylaş

Xəbəri paylaş