Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün ikinci beynəlxalq həmrəylik tennis çempionatının qalibləri müəyyənləşəcək



Bu gün ikinci beynəlxalq həmrəylik tennis çempionatının qalibləri müəyyənləşəcək

İyulun 27-də Bakıda keçirilən ikinci beynəlxalq həmrəylik tennis çempionatının qalibləri müəyyənləşəcək.

Qızların şəxsi yarışlarının finalında rusiyalı tennisçi Anjelika İsayeva və Qırğızıstan təmsilçisi Kseniya Palkina üzə-üzə gələcəklər. Oğlanların şəxsi mübarizəsində isə finalda belaruslu idmançılar Yaroslav Şila və Maksim Dubarenko qarşılaşacaqlar.

Qız cütlüklərin yarışında qızıl medal uğrunda görüşdə Züleyxa Səfərova (Azərbaycan) - Anjelika İsayeva (Rusiya) tandemi qırğızıstanlı Kseniya Palkina-Sara Kunakunova dueti ilə qızıl medal uğrunda görüşəcəklər. Tennisçilərimiz Alina Qavriş-Umayra Həşimova isə bürünc medal uğrunda görüşdə türkiyəli Selin Lidya Sepkin-Lara Biter dueti ilə üz-üzə gələcəklər.

Oğlan cütlüklərin yarışında finalda türkiyəli tennisçilər Bora Başlar və Burakcan Yılmaz Belarus tandemi Yaroslav Şila və Maksim Dubarenko ilə qarşılaşacaqlar. Üçüncü yer uğrunda isə iraqlı raketka ustaları Ali Casim Davud Suad və Adil Mustafa Abdulkarim Al-Saedi seneqallı Yannik Lanquina və İraq təmsilçisi Mustafa Faysal Mahmud Al-Saedi ilə görüşəcəklər.

Yarışda Azərbaycan tennisçiləri ilə yanaşı, Albaniya, Bəhreyn, Belarus, İraq, Qırğızıstan, Maldiv adaları, Mozambik, Rusiya, Səudiyyə Ərəbistanı, Liviya, Seneqal, Tacikistan, Türkiyə və Uqanda idmançıları birincilik uğrunda mübarizə aparırlar.

Çempionat Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) ilə İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) arasında imzalanan memorandum əsasında təşkil olunub. Memorandum "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının irsini davam etdirmək, İslam mədəniyyətini və idmanı gənclərə aşılamaq məqsədilə imzalanıb. Hədəf İHİF-ə üzv ölkələrin idmançıları arasında İslam həmrəyliyini möhkəmləndirmək, ən yüksək idman dəyərlərini və prinsiplərini qoruyub saxlamaq, müsəlman ölkələrində idman və Olimpiya hərəkatını, gənclər arasında birlik və qardaşlığı təbliğ etməkdir.

Bakı Tennis Akademiyasında təşkil olunan çempionatda 14 və daha yuxarı yaş kateqoriyasına aid idmançılar iştirak edirlər. Tennisçilər 4 qrup üzrə yarışırlar.

Çempionatın tərəfdaşları Azərbaycan Tennis Federasiyası, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Bakı Tennis Akademiyası, “BİR” Tələbə Könüllü Təşkilatı, İdman Azərbaycan kanalı, “Coca-Cola” və “Toyota” şirkətləridir.


Facebook-da paylaş

Xəbəri paylaş