Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



DÇ-2018: yarımfinalın adı Fransa-Belçika, İngiltərə-Xorvatiya - YENİLƏNİR

yarımfinalın adı Fransa-Belçika, İngiltərə-Xorvatiya -

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı davam edir. Bu gün keçiriləcək son iki 1/4 final matçı ilə bütün yarımfinalçıların adına aydınlıq gələcək.

Günün ilk matçında İsveç və İngiltərə yığmaları üz-üzə gəlib.

Gözlənildiyi kimi oyun ingilislərin üstünlüyü ilə başlayıb. Ancaq bu üstünlüyə baxmayaraq İsveçin qapısına ilk zərbə görüşün 19-cu dəqiqəsində vurulub və bu da dəqiq olmayıb.

Sonradan oyunu bərabərləşdirməyə nail olan isveçlilər ara-sıra hücumlar təşkil ediblər. Bütün cəhdlərə baxmayaraq komandalar qapılara yaxınlaşa bilməyiblər və demək olar ki, mübarizə meydanın mərkəz hissəsində olub.

Lakin hissənin sonuna yaxın hücumların birində ingilislər günc zərbəsi vurmaq hüququ qazanıb. Ötürülən topa hamıdan qabaq başla zərbə vuran Harri Maquir hesabı ingilislərin hesabına dəyişib 1:0. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissəyə isə isveçlilər hücumla başlayıblar. İlk 10 dəqiqəlik hücuma zərərsizləşdirən ingilislər də təhlükəli hücumlar təşkil ediblər. Getdikcə İsveçi qapısına doğru sıxışdıran İngiltərə millisi 59-cu dəqiqədə Dele Allinin baş zərbəsindən sonra hesabı 2:0 edib.

Bundan sonra toparlanmağa çalışan İsveç millisi ingilislərin qapısı qarşısında bir neçə qol vəziyyəti yaratsalar da qapıçı Pikford əla oyun nümayiş etdirərək qapısını toxunulmaz saxlaya bilib.

İngiltərə millisi də hesabın rahatlığından ara-sıra hücumlar təşkil edir, əsasən müdafiəyə fikir verərək hesabı qorumağa çalışıblar və buna da nail olublar.

Beləliklə, ingilislər isveçlilərə 2:0 hesabı ilə qalib gələrək, Rusiya-Xorvatiya cütlüyünün qalibin gözləyir. Bununla da 18 il aradan sonra ingilislər mundialda yarımfinala çıxmağı bacarıblar.

İkinci görüşdə isə mundiala meydan sahibi ola Rusiya komandası Xorvatiya millisi ilə qarşılaşıb.

Bu görüş də gözlənildiyi kimi sürətli başlayıb. İlk dəqiqələrdən hücuma atılan ruslar bir neçə təhlükəli vəziyyət yarada bilsələr də arzusunda olduqları qolu vura bilməyiblər.

Öz növbələrində xorvatlar da sakit dayanmayıb. Rusların güclü azarkeş dəstəyinə baxmayaraq, Xorvatiya millisi də bu hücumlara qarşılıq veriblər.

Hər iki komandanın səylərinə baxmayaraq, qapıçılar da inamlı oynadıqlarından hesabı açmaq mümkün olmayıb.

Ancaq oyunun 31-ci dəqiqəsində Çerışevin fərdi ustalığı ilə həyata keçirilən hücum və onun zərimə zərbəsi kənarından vurduğu gözəl zərbə ilə hesab açılıb 1:0.

Bundan sonra ruhdan düşməyən xorvatlar hücumlarından geri çəkilməyiblər və qısa vaxtdan sonra – 39-cu dəqiqədə Manzukiçin cərimə meydançasına ötürdüyü topa başla zərbə vuran Kramariç hesabı bərabərləşdirib 1:1.

Bundan sonra sanki komandalar sakitləşib və ilk hissənin bu hesabla bitməsinə razılaşıblar. Beləcə ilk yarıdan sonra hesab bərabər başa çatıb.

İkinci hissədə isə birinci hissəyə nəzərən komandalar daha sönük oyun nümayiş etdiriblər. Hər iki komanda sanki “qol buraxmayım, vurmasam da olar” düşüncəsi ilə mübarizə aparıblar.

Ara-sıra hücumlar təşkil etsələr də, hesabı dəyişmək mümkün olmayıb və beləcə oyun əlavə vaxta uzanıb.

30 dəqiqəlik artırılma vaxtın ilk 15 dəqiqəsində üstün oynayan tərəf xorvatlar oyunun 101-ci dəqiqəsində günc zərbəsindən ötürülən topa hamıdan tez başla zərbə endirən Damoqoy Vida hesabı xorvatların xeyirlərinə dəyişib 2:1.

Qoldan sonra sanki yuxudan oyanan ruslar üstünlüyü ələ almağa çalışsalar da istəklərinə nail ola bilməyiblər və ilk 15 dəqiqə bu hesabla başa çatıb.

İkinci 15 dəqiqədə üstünlüyü ələ alan ruslar bütün gücünü ortaya qoymağa çalışıb. Ardıcıl hücumlar təşkil edən Rusiya millisi görüşün 115-ci dəqiqəsində Braziliya əsilli milli oyunçusu Fernandeslə bərabərliyi təmin edib 2:2.

Qoldan sonra da hücumlarını davam etdirən rusların bundan artığına gücü çatmayıb və görüşün taleyi oyunsonrası penaltilər seriyasında həll olunub.

Burada isə daha dəqiq olan Xorvatiya millisi 4:3 hesabı ilə qələbə qazanaraq sonuncu yarımfinalçı adını qazanıb.

Xatırladaq ki, Fransa və Belçika yığmaları artıq yarımfinala vəsiqəni təmin edib.

DÇ-2018, 1/4 final

7 iyul

18:00. İsveç – İngiltərə - 0:2
Qollar: Harri Maquir, 30, Dele Alli, 59
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Samara. “Kosmos Arena”

22:00. Rusiya – Xorvatiya - 2:2 (Penaltilər seriyası 3:4)
Qollar: Çerışev, 31 (1:0), Kramariç, 39 (1:1), Vida, 101 (1:2), Mario Fernandes, 115 (2:2)
Penaltini vura bilənlər: Zaqoyev, İqnaşeviç, Kuzyayev - Brozoviç, Modriç, Vida, Rakitiç
Penaltini vura bilməyənlər: Smolov, Fernandes, - Kovaçiç
Soçi. “Fişt” stadionu

6 iyul

Braziliya – Belçika - 1:2

Uruqvay - Fransa - 0:2


Facebook-da paylaş

Xəbəri paylaş