Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Real"ın azarkeşləri etiraz edir



"Real"ın 2200-dən çox azarkeşi Çempionlar Liqasının finalında "Liverpul" (İngiltərə) ilə keçiriləcək matçın biletlərini geri qaytarmaq qərarına gəlib.

Bu barədə "As" nəşri məlumat yayıb.

Qərarın qəbul edilməsinə, əsasən Kiyevdə keçiriləcək matçın biletlərinin baha olması, həmçinin bəzi logistika çətinlikləri səbəb olub.

Əvvəlcə 24 mindən çox klub abunəçisi İspaniya milli çempionatının rəhbərliyi tərəfindən təqdim olunmuş biletlər üçün ərizə verib. Lakin problemin yaranması səbəbindən fanatlar biletləri geri qaytarmağa başlayıblar. Onlardan cəmi 12 min 802 nəfəri bilet alıb.

ÇL-in mayın 26-da Kiyevin (Ukrayna) "Olimpiyski" stadionunda keçiriləcək final matçında 35 min azarkeşin iştirakı gözlənilir.


Facebook-da paylaş

Xəbəri paylaş